İlizarov – Tibb Elmləri Doktoru, Bölmə rəhbəri, Beynalxalq ASAMİ (İlizarov) cəmiyyəti Rəyasət heyətinin üzvü, Azərbaycan İlizarov Cəmiyyətinin Sədri
Təhsil: - 1974-cü ildə Masallı şəhər 3 saylı orta məktəbini bitirmişdir.
- 1979-1985-ci illərdə Vladivostok Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.
- 1985-1986-cı illərdə 20 saylı Sverdlovski şəhər xəstəxanasında internatura keçmişdir.
- 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Kurqan, Rusiya (Təkrar attestasiya, 2010-cu il, Azərbaycan)
- 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Moskva, Rusiya (Təkrar attestasiya, 2011-cu il, Azərbaycan)
İş təcrübəsi: - 1986-1989-cu illərdə Kurqan şəhər Rusiya Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun uşaqlarda uzun boruşəkilli sümüklərin deformasiyasının aradan qaldırılması şöbəsində həkim-ordinator olaraq çalışmışdır.
- 1989-1991-ci illərdə Kurqan şəhər Rusiya Elmi tədqiqat Ortopediya və Travmatologiya İnstitutunda transsümük osteosintezi üzrə kliniki ordinatura keçmişdir.
- 1991-1993-cü illərdə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Travmatologiya Klinikasında həkim-travmatoloq işləmişdir.
- 1994-2009-cu illərdə müqavilə üzrə Türkiyədə işləmişdir. (2001-ci ildə Türkiyə, İzmir şəhəri, "9 Eyül" Universitetinin Tibb fakültəsinin Ortopediya və travmatologiya kafedrasında Dosent vəzifəsində çalışmışdır.)
- 2009-cü ilin yanvar ayından 2010-cu ilin iyul ayına kimi Bakı şəhəri Travmatologiya və Ortopediya Klinik Xəstəxanasında həkim-travmatoloq-ortoped işləmişdir. Xəstəxananın fəaliyyətinin dayandırılması ilə əlaqədar AR. Səhiyyə Nazirliyi tərəfindən Akademik Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasında həkim-travmatoloq-ortoped vəzifəsinə təyin edilmişdir. 06.02.2014-cü ildən AR. Səhiyyə Nazirliyinin göndərişi ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bölmə rəhbəri təyin edilmişdir
İştirak etdiyi elmi konqres və simpoziumlar: - 1996-cı ildə Amsterdam şəhərində (Hollandiya) keçirilən konqresin iştirakçısı olub.
- 1996-cı ildə Hyuston (Texas) Xəstələrin İlizarov metodikası ilə müalicəsinə həsr olunmuş ASAMİ ABŞ I konqresində iştirak edib.
- 1997-ci ildə Barselonada (İspaniya) keçirilən EFFORT konqresinin iştirakçısı olub.
- 1997-ci ildə Salonikidə (Yunanıstan) keçirilən Balkan ölkələri Travmatoloq-Ortopedlərin I Beynəlxalq konqresində iştirak etmişdir.
- 1998-ci ildə Doxada (Qatar) keçirilən Ərəb ölkələri Travmatoloq-Ortopedlərin VI Beynəlxalq konqresində iştirak edib.
- 1999-cu ildə Karaçidə (Pakistan) keçirilən Pakistan Travmatoloq və Ortopedlər Cəmiyyətinin konfransına dəvət olunub.
- 1999-cu ildə Sidneydə (Avstraliya) keçirilən SİCOT konqersində iki məruzə ilə çıxış edib.
- 2001-ci ildə Roma şəhərində (İtaliya) keçirilən ASAMİ Beynəlxalq konqresində iştirak edib.
- 2002-ci ildə Sankt-Peterburq şəhərində keçirilən SİCOT regional konqresinin iştirakçısı olmuşdur.
- 2004-cü ildə Bəhreyndə keçirilən Ərəb ölkələri Travmatoloq-Ortopedlərin konqresinin iştirakçısı olmuşdur.
- 2005-ci ildə İstanbulda (Türkiyə) keçirilən SİCOT və ASAMİ konqresində iştirak etmişdir.
- 2010-cu ildə Qahirədə (Misir) keçirilən VII ASAMİ konqresində iştirak edib.
- 2011-ci ildə Ammanda (İordaniya) keçiriən Ərəb ölkələri konqresində məruzə ilə çıxış etmişdir.
- 2012-ci ildə İstambul (Türkiyə) Kadavra kursu - Eytici
- 2012,2014-ci illərdə Adana (Türkiyə) İlizarov kursu - Eytici
- 2013-2017-ci illərdə İzmir (Türkiyə) TOTBİD Travma kursu - Eytici
- 2014-2016-ci illərdə İstambul (Türkiyə) Postravmatik kompleksionlar kursu - Eytici
- 2014-ci il Bişkek (Kırğızstan) Avrasia Travma Konqresi - Məruzəçi
- 2015-ci il Miami (USA) ASAMI-Ilizarov beynəlxalq konfrans - Məruzəçi
- 2016-cı il Kurqan (Russia) Beynəlxalq İlizarov Konfransı - Məruzəçi
Nailiyyətlər: - 2 monoqrafiyanın, müxtəlif beynəlxalq jurnallarda dərc edilmiş
- 112 elmi məqalənin (Azərbaycan 5 , Amerika 2, Ingiltərə 4, Italiya 3, İsveç 2, Russiya-Türkiyə 79)
- 2 ixtiranın,
- 2 səmərələşdirici təklifin müəllifidir.
- 14 mindən artıq əməliyyat aparıb.
Üzvlük: - 1996-cı ildən SİCOT (Beynəlxalq travmatalogiya-ortopediya dərnəyi) və EFFORT (Avropa travmatalogiya-ortopediya dərnəyi) üzvüdür.
- Türkiyə (TOTBİD) Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin Fəxri və həqiqi üzvüdür.
- Beynəlxalq ASAMİ (İlizarov) Cəmiyyətinin rəyasət heyətinin üzvüdür.
- Azərbaycan İlizarov Cəmiyyətinin sədridir.